Bank Of Baku

Rəfsəncani: “ABŞ İrana etdiyi zülmləri kompensasiya etməlidir”

Rəfsəncani: “ABŞ İrana etdiyi zülmləri kompensasiya etməlidir”
# 08 oktyabr 2012 07:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranla 1979-cu il inqilabından sonra əlaqələri kəsən ABŞ-dır. Ona görə də iki ölkə arasında yenidən əlaqələrin qurulması üçün İranın bütün mal varlığına embarqo qoyan ABŞ yaxşı niyyət göstərməlidir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncani bildirib.

Onun sözlərinə görə, ABŞ-la müzakirə bu ölkə ilə əlaqələri yenidən qurmaq mənasını vermir: “Bu ölkə İrana etdiyi zülmləri kompensasiya etməlidir. İranın qüruru ilə ABŞ-dan alacağı var. Çünki ABŞ İranın bütün mal varlığına embarqo qoyaraq zülm törədib. Ümumiyyətlə, bu məsələdə ən son qərarı İranın ali dini lideri, ayətullah Əli Xamneyi verəcək. Təbii ki, ABŞ-ın İranla bağlı mövqeyində dəyişiklik olacağı təqdirdə, iki ölkə arasında müzakirə imkanı yaranacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR