Bank Of Baku

Üsyançılar Hələb şəhərində hərbi bazanı ələ keçiriblər

Üsyançılar Hələb şəhərində hərbi bazanı ələ keçiriblər
# 12 oktyabr 2012 15:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Suriyada üsyançılar Hələb şəhərindəki 80-ci Havadan Müdafiə Taborunun bazasını ələ keçiriblər. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Azad Suriya Ordusundan bildirilib ki, hərbi baza bu gün səhər saatlarında ələ keçirilib. Orada çoxlu sayda orta mənzilli raketlər, döyüş sursatı və ağır silahlar qənimət götürülüb.

Açıqlamada adı çəkilən bazadan qalxan təyyarə və helikopterlərin Hələb və İdlib şəhərlərinin ətrafını bombaladığı və çoxlu sayda dinc insanın ölümünə səbəb olduğu qeyd edilib. Hazırda üsyançılar Hələb yaxınlığındakı 2 hərbi hava bazasını mühasirədə saxladıqlarını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR