Mahmud Əhmədinejad Azərbaycana səfər edəcək
13 oktyabr 2012 03:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana səfər edəcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, səfərdə məqsəd oktyabrın 16-də Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının XII zirvə görüşündə iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində M. Əhmədinejad Azərbaycan və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alıb.

Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024