Bank Of Baku

“Der Spiegel”: İran Hörmüz boğazını bağlamaq üçün plan qurub

“Der Spiegel”: İran Hörmüz boğazını bağlamaq üçün plan qurub
# 15 oktyabr 2012 09:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın “Çirklənmiş sular” adlanan gizli planı ortaya çıxıb. APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı Qərb ölkələrinin kəşfiyyat hesabatlarına istinadən xəbər yayıb.

Məlumatda bildirilir ki, Qərbin ağır iqtisadi sanksiyaları səbəbindən çox çətin günlər keçirən İran bu planı ətraf mühit fəlakətini silah kimi istifadə etmək üçün qurub: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı, general Məhəmmədəli Cəfərinin “Sepah”ın Hərbi-Dəniz Qüvvələrinin komandanı, admiral Əli Fədəvi ilə birlikdə hazırladığı plana görə, dünya neftinin hər gün 35 faizini keçdiyi Hörmüz boğazında bir neft tankerinin qəsdən qəzaya uğradılması nəzərdə tutur. Belə ki, tankerin partladılması ilə Hörmüz boğazına böyük miqdarda neft sızacaq. Beləliklə neft tankerlərinin keçdiyi beynəlxalq yol bağlanacaq. Dünya neft bazarı alt-üst olarkən Qərbin müttəfiqi olan neft hasilatçısı Fars körfəzi ölkələri də böyük ziyana uğrayacaq. Plana əsasən, Qərb ölkələri Hörmüz boğazının təmizlənməsi üçün kömək etmək məcburiyyətində qalacaq. İran əməkdaşlıq üçün şərt irəli sürəcək və bununla da böyük ehtimalla sanksiyaların yüngülləşdirilməsinə nail olacaq. Planın hansı şərtlər altında istifadə ediləcəyi isə açıqlanmayıb. Planın qəbul edilməsi və istifadə olunması İranın ali dini lideri, ayətullah Əli Xamneyinin göstərişindən asılıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR