Bank Of Baku

Filippin hökuməti ilə müsəlman üsyançılar arasında 40 il davam edən müharibəyə son qoyulmasına dair saziş imzalanıb

Filippin hökuməti ilə müsəlman üsyançılar arasında 40 il davam edən müharibəyə son qoyulmasına dair saziş imzalanıb
# 15 oktyabr 2012 10:31 (UTC +04:00)
APA-nın məlumatına görə, saziş Prezident Sarayında imzalanıb. Dövlət başçısı Beniqno Akino və MİAC rəhbəri Murad İbrahimin iştirak etdiyi mərasimində islamçıların nümayəndəsi İqbal Moxaqer və üsyançılarla danışıqlara məsul hökumət nümayəndəsi Marviç Leonen sənədə imza atıblar.

Qeyd edək ki, Filippin əhalisinin əksəriyyəti xristian olsa da, ölkənin cənubunda müsəlman üstünlük təşkil edir. Hökumətlə islamçı üsyançılar arasında 40 ildən artıqdır davam edən toqquşmalar 150 mindən artıq insanın həyatına son qoyub. Sazişə əsasən, MİAC cənubda yerləşən Mindanao adasının dövlətdən ayrılması tələbindən imtina edir, hazırda mövcud olan Mindanao Müsəlman Muxtar Rayonunun yerinə yeni birləşmiş Banqsamoro inzibati dairəsi yaradılır. Mindanao Müsəlman Muxtar Rayonunun tərkibində mövcud olan 5 cənub əyaləti yeni inzibati dairənin tərkibinə daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR