Bank Of Baku

Bakıda İran və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib

Bakıda İran və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib
# 16 oktyabr 2012 11:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bakıda İran və Pakistanın xarici işlər naziri Əli Əkbər Salehi və Həna Rəbbani arasında görüş keçirilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha inkişaf etdirilməsi, Suriyadakı böhran başda olmaqla digər regional və qlobal məsələlər müzakirə olunub. Eyni zamanda tərəflər İrandan Pakistana təbii qaz ixracına imkan verəcək “Sülh” boru xətti ilə bağlı da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Ə.Salehi və H.Rəbbani hazırda Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR