İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 8 011 yoluxma halı qeydə alınıb, 89 nəfər ölüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusa yoluxanların sayı 1 534 034, xəstəlikdən ölənlərin sayı isə 59 117 nəfərə çatıb.
Koronavirus daşıyıcılarından 3 696 nəfərin vəziyyəti ağırdır.