Paşha Bank
Bank Of Baku

Əraqçi son 48 saatda 12 həmkarı ilə regional vəziyyəti müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi

© APA | İranın xarici işlər naziri Abbas Əraqçi

# 07 noyabr 2026 11:24 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi son 48 saat ərzində region ölkələrinin 12 xarici işlər naziri ilə telefon danışığı apardığını bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, o, “İnstagram” sosial şəbəkəsindəki paylaşımında qeyd edib ki, Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq və Pakistanın xarici işlər nazirləri ilə ayrı-ayrı telefon danışıqlarında regional və beynəlxalq hadisələrin son inkişafı, həmçinin ABŞ və İsrailin gərginliyi artıran addımlarının nəticələri müzakirə olunub.

Əraqçi bildirib ki, bu məsləhətləşmələr zamanı İran İslam Respublikasının prinsipial mövqeyini açıqlayıb, dövlətlərin milli suverenliyinə hörmət edilməsi, təcavüz və təhdidlərin dayandırılması, xarici qüvvələrin dağıdıcı müdaxilələrindən çəkinilməsi və təhlükəsizliyin pozulmasının genişlənməsinin qarşısının alınmasında region ölkələrinin məsuliyyəti məsələlərini vurğulayıb.

İranın xarici işlər naziri, həmçinin ölkəsinin suverenliyini və milli təhlükəsizliyini müdafiə etmək hüququna, eləcə də regiondankənar güclərin müdaxiləsi olmadan regional təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasının zəruriliyinə diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR