Myanmada fevralın əvvəlində baş verən hərbi çevrilişə qarşı keçirilən etirazlarla əlaqədar ölkədə internetə giriş ciddi şəkildə məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə beynəlxalq monitorinq qeyri-kommersiya təşkilatı “NetBlocks” məlumat yayıb.
“Myanmada yerli vaxtla saat 01:00-da (Bakı vaxtı ilə bazar günü 22:30-da) internetin, demək olar ki, tam kəsilməsi təsdiqlənib. Məlumata görə, internetin səviyyəsi hazırda normal səviyyənin yalnız 14 faizini təşkil edir”, - deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.