“Misirlə həm kəşfiyyat, həm də Xarici İşlər nazirlikləri səviyyəsində təmaslarımız var”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Misirlə diplomatik səviyyədə təmaslarımız başladı”, - deyə nazir vurğulayıb.