Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ankara məhkəməsinin hökmü ilə təqsirləndirilənlərdən 5 nəfər ömürlük azadlıqdan məhrum edilib.
Qətldə təqsirləndirilən 9 nəfər isə 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
İş üzrə təqsirləndirilən 5 nəfərə bəraət verilib, daha 9 nəfər isə axtarışadır.
Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.