Yeni Zelandiya sahillərində 7.3 bal gücündə zəlzələ baş verib.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Gisborn şəhərində qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub.
Sunami təhlükəsi gözlənildiyi üçün sahildəki insanlara xəbərdarlıq edilib.