Bank Of Baku

Abbas Musəvi: “İran nümayəndə heyəti BMT-də səmərəli görüşlər keçirib”

Abbas Musəvi: “İran nümayəndə heyəti BMT-də səmərəli görüşlər keçirib”
# 30 sentyabr 2019 13:18 (UTC +04:00)

“ABŞ istəyirdi ki, İran Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 74-cü sessiyasında iştirak etməsin”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN sözçüsü İran Prezidenti Həsən Ruhaninin Nyu-York səfərinin nəticələri ilə də bağlı danışıb. A. Musəvi qeyd edib ki, ABŞ İranın BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakında maraqlı olmayıb: “Məhz buna görə də Həsən Ruhaniyə gec viza verdilər. ABŞ İranın öz mövqeyini BMT-də açıqlamasına əngəllər yaratmaq istəyirdi. Lakin İran nümayəndə heyəti iclasda daha aktiv iştirak edib və səmərəli görüşlər keçirib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR