Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi ölkəsi, ABŞ və Yaponiyanın da iştirak etdiyi üçtərəfli raketdən müdafiə təliminin başladığını elan edib.
APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi məlumat verib.
Təlimlərdə üç gəmi - Cənubi Koreya donanmasının ROKS Yulgok Yi I esminesi, ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Benfold esminesi və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin JS Ataqo gəmisi iştirak edir. Onların hamısında Aegis raketdən müdafiə sistemləri var.