Bank Of Baku

ABŞ-ın Bəndər-Abbasa zərbəsi nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb - VİDEO

ABŞ-ın Bəndər-Abbasa zərbəsi nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb - VİDEO
# 17 iyul 2026 01:03 (UTC +04:00)

ABŞ-ın İranın Bəndər-Abbas şəhərindəki yaşayış məhəlləsinə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, 8 nəfər yaralanıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum şəhərin Allahu Əkbər təpəsi adlanan yaşayış məhəlləsinə həyata keçirilib.

Yaralılardan 7-si partlayış dalğasının təsirindən xəsarət alıb, bir nəfərdə isə sınıq qeydə alınıb. Hücum nəticəsində bir nəfər həyatını itirib.

"Tasnim", həmçinin ABŞ-ın Bəndər-Abbas və Şiraz şəhərlərini birləşdirən, mühüm nəqliyyat qovşaqlarından hesab olunan körpünü də hədəfə aldığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR