Paşha Bank
Bank Of Baku

Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası XIV Leo

© APA | Roma Papası XIV Leo

# 17 oktyabr 2026 14:09 (UTC +04:00)

Roma Papası XIV Leonun ağciyər xərçəngi ilə bağlı keçirdiyi əməliyyatdan sonra bu gün xəstəxanadan çıxacağı gözlənilir.

“Reuters”in xəbərinə görə, bu barədə Vatikan məlumat yayıb.

Bildirilib ki, qan testləri və rentgen nəticəsi buna imkan verir.

Papa Leo sabah Vatikandakı mənzilindən Müqəddəs Pyotr meydanında keçiriləcək dini mərasimə rəhbərlik edəcək.

Qeyd edək ki, 71 yaşlı Papaya bir neçə gün əvvəl ağciyər xərçəngi diaqnozu qoyulub.

O, 2025-ci ilin mayından Müqəddəs Taxt-Taca rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR