Bank Of Baku

ABŞ-ın Qətərdəki Əl-Üdeyd aviabazasında xəbərdarlıq səviyyəsi aşağı salınıb

ABŞ-ın Qətərdəki Əl-Üdeyd aviabazasında xəbərdarlıq səviyyəsi aşağı salınıb
# 15 yanvar 2026 17:28 (UTC +04:00)

ABŞ-ın Qətərdə yerləşən Əl-Üdeyd hərbi aviabazasında xəbərdarlıq səviyyəsi aşağı endirilib.

APA xəbər verir ki, bu barədə anonim mənbələr “Reuters” agentliyinə məlumat verib.

Məlumata görə, təhlükəsizlik səbəbilə əvvəllər aviabazadan çıxarılan ABŞ hərbi təyyarələri mərhələli şəkildə yenidən bazaya qaytarılır. Eyni zamanda, bazanı tərk etməsi tövsiyə olunan mülki və hərbi şəxsi heyətin də öz xidmət yerlərinə qayıtmasına icazə verilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Əl-Üdeyddəki hərbi qüvvələrinin bəzilərinə aviabazanı tərk etmək tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR