Bank Of Baku

ABŞ SQ Baydenin göstərişi ilə SEPAH-a bağlı qüvvələrin mövqelərinə zərbələr endirib

ABŞ SQ Baydenin göstərişi ilə SEPAH-a bağlı qüvvələrin mövqelərinə zərbələr endirib
# 24 avqust 2022 10:16 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələri (SQ) İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qüvvələrin Suriyanın Der-ez-Zor şəhərində yerləşən mövqelərinə zərbələr endirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ SQ-nin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident Co Baydenin göstərişi ilə avqustun 23-də SEPAH-a bağlı qüvvələrin Der-ez-Zor şəhərində istifadə etdiyi infrastrukturlara yüksək dəqiqliklə zərbələr endirilib.

Pentaqon, həmçinin, bəyan edib ki, ABŞ qoşunları İŞİD terror qruplaşmasının tam məhv edilməsi və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Suriyada qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR