Bank Of Baku

ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub

ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub
# 11 noyabr 2024 07:58 (UTC +04:00)

ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin üsyançı Ənsar Allah hərəkatının hədəflərinə azı 9 zərbə endirib.

APA xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib.

Ölkənin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi də iki hava hücumuna məruz qalıb.

Zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR