Cənubi Koreya, Yaponiya və ABŞ Şimali Koreyaya qarşı sanksiyaları izləmək üçün monitorinq qrupu yaradır.
APA xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
ABŞ, Cənubi Koreya və Yaponiya BMT-nin ekspertlər qrupunu əvəz edəcək bir qurum yaratmaqla bağlı razılığa gəlib. Belə ki, bu ilin əvvəlində Rusiyanın veto qoymasından sonra BMT-nin ekspertlər qrupu ləğv edilib.
Monitorinq Qrupu Şimali Koreya tərəfindən sanksiya tədbirlərindən yayınma hallarına nəzarət edəcək və hesabat verəcək.
Yeni quruma Fransa, Böyük Britaniya və Almaniya daxil olmaqla 11 ölkə qatılacaq.