Yaponiyanın müdafiə naziri Yasukazu Hamada amerikalı həmkarı Lloyd Ostinlə iyunun 1-də Tokioda görüşəcək.
APA xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu görüşdə biz birliyimizin artırılmasına yönəlmiş konkret tədbirləri müzakirə edəcəyik”, deyə qeyd olunub.
Danışıqlar, "2+2" formatı əsasən aparılacaq.
Bunun ardınca ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri Sinqapurda üçtərəfli görüş keçirməyi planlaşdırır.