ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, U Min Zin adlı ABŞ vətəndaşı casusluqda və Çinin milli təhlükəsizliyinə zərbə vurmaqda şübhəli bilinərək həbs olunub.
Rəsmi Pekin bununla bağlı ABŞ-ın Quançjou şəhərindəki Baş konsulluğunu məlumatlandırıb.
Qeyd edək ki, “The New York Times” bundan əvvəl həmin şəxsin ötən həftə Çinin Kunmin şəhərində yoxa çıxdığı barədə xəbər yayıb.