Bank Of Baku

Akar: Türk Silahlı Qüvvələrinin hərbçiləri zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb

Akar: Türk Silahlı Qüvvələrinin hərbçiləri zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb
# 22 fevral 2023 19:35 (UTC +04:00)

Türk Silahlı Qüvvələrinin hərbçiləri ölkənin cənub-şərqində baş verən zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, bundan əlavə, 2 250 şəxsin cəsədinin də hərbçilər tərəfindən dağıntılar altından çıxarıldığını qeyd edib.

Nazir Akarın sözlərinə görə, 65 təyyarə və 70 helikopter vasitəsi ilə hava dəhlizi yaradaraq, bölgəyə humanitar yardımın çatdırılması, axtarış-xilasetmə işlərinə dəstək təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR