"PKK-nın 5-7 may tarixində qurultay keçirdiyi barədə açıqlamasından sonra ən böyük gözləntimiz təşkilatın yaxın zamanda özünü buraxacağı barədə qərar verməsidir".
APA "haberler.com"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç deyib.
O bildirib ki, hökumətin həllini gözlədiyi əsas məsələ PKK-nın silahları yerə qoyması və hər hansı təxribat xarakterli əməllərdən çəkinməsidir:
"Əlbəttə ki, zaman-zaman bu istiqamətdə çətinliklər olacaq. Lakin həm ictimaiyyət, həm də dünya birliyi Türkiyədə təhlükəsizliyin bərqərar olunmasını gözləyir. Bu amilin ən təməl prinsiplərindən biri terrorçuluqla qətiyyətli mübarizənin aparılmasıdır ki, biz də bunu həyata keçiririk. Proses qətiyyətlə və səbirlə davam etdirilir".