Bank Of Baku

Anura Kumara Dissanayake Şri-Lanka prezidenti seçilib

Anura Kumara Dissanayake,   Şri-Lanka prezidentliyinə namizəd

© APA | Anura Kumara Dissanayake, Şri-Lanka prezidentliyinə namizəd

# 22 sentyabr 2024 19:11 (UTC +04:00)

Müxalif Milli Xalq Hakimiyyəti Alyansının lideri Anura Kumara Dissanayake Şri-Lankada prezident seçkilərində qalib gəlib.

APA-nın xəbərinə görə, bu barədə “Newsfirst” portalı məlumat yayıb.

Anura Kumara Dissanayake 5 740 179 səsə, onun ən yaxın müttəfiqi – müxalif Milli Qüvvələrin Birliyi Partiyasından Sacita Premadas 4 530 902 səs toplayıb.

Şri-Lanka Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini hələ açıqlamayıb.

Qeyd edək ki, Şri-Lankada bundan öncə prezident seçkiləri 2019-cu ildə keçirilib, Milli Cəbhənin namizədi Qotabaya Radjapaksa qalib gəlib. Lakin o, 2022-ci ilin iyulunda etiraz aksiyaları səbəbindən istefa verib. Ötən müddətdə dövlət başçısı səlahiyyətlərini Ranil Vikramasinqe icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR