Aralıq dənizində, Yunanıstanın Rodos adası yaxınlığında 5,1 bal gücündə zəlzələ olub.
APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 07:44-də, yerin 2 km dərinliyində qeydə alınıb.
Yeraltı təkan Türkiyənin Muğla şəhərinin Marmaris, Dalaman və Fəthiyə rayonlarında hiss olunub.
Zəlzələ nəticəsində insan tələfatının olması barədə məlumat yoxdur.