Bank Of Baku

Avstriya vətəndaşı İranda həbs olunub

Avstriya vətəndaşı İranda həbs olunub
# 20 oktyabr 2022 16:54 (UTC +04:00)

Avstriya Xarici İşlər Nazirliyi bugünkü bəyanatında vətəndaşlarından birinin İranda həbs edildiyini bildirərək, İran rəsmilərindən bunun səbəblərini aydınlaşdırmağı istəyib.

APA-nın İSNA-ya istinadən verdiyi xəbərə görə, Avstriya XİN onun həbsinin İrandakı etirazlarla heç bir əlaqəsinin olmadığını bildirib.

İran hakimiyyəti Avstriya vətəndaşının həbsini təsdiqləyib: "Biz Tehran rəsmilərindən onun həbsi prosesinə aydınlıq gətirmələrini xahiş edirik".

Qeyd edək ki, İrandakı son etirazlara görə 14 fərqli ölkənin vətəndaşları saxlanılıb. Saxlanılanlar arasında Rusiya vətəndaşı da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR