Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin İranın nüvə proqramı ilə bağlı Tehranda apardığı danışıqlar nəticəsiz qalıb.
APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
“Bütün səylərimə baxmayaraq, bu geniş danışıqlar və müzakirələr nəticəsiz qaldı”, - R. Qrossi rüblük iclasın əvvəlində 35 ölkədən təmsilçi olan İdarəçilər Şurasının qarşısında çıxışında bildirib.
Qeyd edək ki, R. Qrossi İranın Atom Enerjisi Təşkilatının rəhbəri və İranın xarici işlər naziri ilə görüşdükdən sonra noyabrın 23-də Tehrandan qayıdıb. O, öz agentliyinin dörd kamerasının sentrifuqa hissələri emalatxanasında yenidən quraşdırılması üçün İranla razılaşma əldə etmək istəyirdi.