Bank Of Baku

Bağdadda iğtişaşlarda Müqtəda əs-Sədrin 2 tərəfdarı ölüb - YENİLƏNİB-1

Bağdadda iğtişaşlarda Müqtəda əs-Sədrin 2 tərəfdarı ölüb - YENİLƏNİB-1
# 29 avqust 2022 23:40 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda baş verən iğtişaşlarda azı 10 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Əl Cəzirə kanalı məlumat yayıb.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir çox etirazçıda boğulma müşahidə olunub.

***

19.01

İraqın paytaxtı Bağdadda dini lider Müqtəda-əs-Sədr tərəfdarlarının Prezident Sarayından çıxarılması zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

APA Sky News Arabia-ya istinadən xəbər verir ki, həlak olanlar Müqtəda əs-Sədrin tərəfdarlarıdır. Onlar təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı həyatlarını itiriblər.

***

16:17

İraqın paytaxtı Bağdadda Müqtəda-əs-Sədr tərəfdarları küçələrə çıxaraq etiraz aksiyası keçirib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup etirazçı Prezident Sarayına hücum ediblər.

Etiraz aksiyasına görə paytaxtda komendant saatı elan edilib.

Qeyd edək ki, bu gün İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR