Banqladeşin keçmiş baş naziri Halide Ziyanın oğlu və Milliyyətçi Partiyasının lideri Tarik Rəhman korrupsiya işində təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
APA xəbər verir ki, o, 2007-ci ildə “qeyri-qanuni gəlir əldə etmək və vergidən yayınma” ittihamı ilə cəza alıb.
Onun həyat yoldaşı Zübeydə Rəhmana isə 3 il qiyabi cəza verilib.
Həmçinin Rəhmana 273 min dollardan çox pul cəzası verilib.
O bu məbləği ödəməsə həbs cəzasına 3 ay əlavə olunacaq.
Rəhman 2008-ci ildə müalicə üçün ölkəni tərk etdikdən sonra Londonda yaşayır.
Partiyaya Londondan rəhbərlik edən Rəhman Banqladeşə dönərsə, həbs olunacaq.