Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb. Görüşdə ticarət və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
ABŞ lideri Ukrayna limanlarından taxılın dünyaya daşınmasını təmin edən taxıl dəhlizinin yenidən fəaliyyətini bərpa etməsində vasitəçi roluna görə Türkiyə Prezidenti Ərdoğana təşəkkür edib.
Bundan başqa, İstanbulun İstiqlaliyyət küçəsində baş verən terror aktına görə də Bayden Ərdoğana başsağlığı verib.
İki tərəf F-16 təyyarələrinin Türkiyəyə satışını müzakirə edib, eyni zamanda ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya üzvlüyü baxımından Türkiyənin önəmli aktor olduğunu əlavə edib.
***
12:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb.
APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Görüş İndoneziyanın Bali adasında G20 Sammiti çərçivəsində keçirilir.