Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əvvəllər dondurulmuş İran aktivlərinin ən azı 10 milyard dollarının dondurulmasını ləğv etməyə razılaşıb və bu vəsaitin təxminən 3 milyard dollarını artıq İrana köçürüb.
APA xəbər verir ki, bu barədə “Reuters” cümə günü məlumat yayıb.
Məlumata görə, aktivlərin dondurulmasının ləğvi ilə bağlı qərar İranın BƏƏ-yə hücumlarını dayandırması müqabilində verilib.
Bildirilir ki, BƏƏ 20 milyard dollara qədər dəyərində aktivlərin dondurulmasını ləğv edə bilər.