Banqladeş hüquq-mühafizə orqanları keçmiş baş nazir Şeyx Hasina və digər mühacirətdə olan məmurların yayda keçirilən hökumət əleyhinə nümayişlər zamanı soyqırımı ittihamı ilə məhkəməyə verilməsi üçün ölkəyə qaytarılmasını istəyir və bununla əlaqədar İnterpola müraciət edib.
APA xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Cinayət Tribunalının baş prokuroru Tajul İslam məlumat verib.
“Hakimlər təyin edildikdən sonra iyul soyqırımında ittiham olunanlara qarşı bu həftə ərzində həbs qərarı və səyahət qadağası tələb olunacaq. Qaçaqların, o cümlədən Şeyx Hasinanın geri qaytarılması üçün İnterpoldan kömək istəniləcək”, o bildirib.
Artıq Banqladeş Beynəlxalq Tribunalına keçmiş baş nazirə və keçmiş hakim partiya Avami Liqasının üzvlərinə, habelə hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı ittihamlarla bağlı 60-dan çox ərizə verilib. Məhkəmənin yaxın həftələrdə işə başlayacağı gözlənilir.