Bank Of Baku

“Bloomberg”: Kreml özünə qarşı sanksiyaları bloklamaq üçün bir sıra ölkələri təhdid edir

“Bloomberg”: Kreml özünə qarşı sanksiyaları bloklamaq üçün bir sıra ölkələri təhdid edir
# 23 may 2023 12:13 (UTC +04:00)

Kreml özünə qarşı tətbiq ediləcək yeni sanksiyaların bloklanması üçün Hindistan da daxil olmaqla, bir sıra hökumətlərə müdafiə və enerji müqavilələrinə son vermək təhdidi ilə təzyiq göstərir.

APA xəbər verir ki, bu barədə “Bloomberg” əldə etdiyi sənədlərə və NATO ölkələri rəsmilərinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, Moskva Maliyyə Fəaliyyəti İş Qrupu (FATF) tərəfindən Rusiyanın “qara siyahı”ya əlavə ediləcəyi təqdirdə bir sıra cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə “qara siyahı”ya düşməsi Rusiya hökumətinin Şimali Koreya, İran, Myanma kimi ölkələrin sırasına qoşulması anlamına gəlir və bu onun maliyyə izolyasiyasını daha da gücləndirə bilər.

Qeyd olunub ki, Hindistan da daxil olmaqla bir çox ölkələr ötən dövrdə Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı neytral mövqe nümayiş etdiriblər və bu vəziyyət ötən həftə G7 sammitinin diqqət mərkəzində saxlanılıb. İclas çərçivəsində müharibədən sonra ilk dəfə Hindistan Baş naziri Narendra Modi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş də baş tutub.

Əlavə olunub ki, Hindistanın tutduğu mövqe ilə bağlı hər hansı bir dəyişiklik əlaməti müşahidə edilməsə də, bu vəziyyət Rusiya Prezidenti Vladimir Putinin narahatlığına səbəb olub.

Bu ay Rusiyanın dövlət qurumu Maliyyə Fəaliyyəti İş Qrupu tərəfindən Rusiyaya qarşı yeni tədbirlər görüləcəyi təqdirdə müdafiə, enerji və nəqliyyat sahəsində hindistanlı tərəfdaşlarını gözlənilməz və neqativ nəticələr gözləyə biləcəyi barəsində xəbərdarlıq edib.

“Bloomberg” Hindistanın bu xəbərdarlığa necə cavab verməsini müəyyən edə bilmədiyini əlavə edib.

Qeyd edək ki, hökumətlərarası təşkilat olan Maliyyə Fəaliyyəti İş Qrupu (Financial Action Task Force) çirkli pullarla mübarizə standartlarını müəyyən edir. Rusiyanın sözügedən təşkilata üzvlüyü fevralda dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR