Bank Of Baku

Çavuşoğlu: "ABŞ Suriya ilə bağlı görüşlərdən narazıdır"

Çavuşoğlu: "ABŞ Suriya ilə bağlı görüşlərdən narazıdır"
# 13 aprel 2023 23:28 (UTC +04:00)

Türkiyə Suriya ilə görüşlərin keçirilməsi üçün ilkin şərtləri qəbuledilməz hesab edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Türk” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyənin PKK/YPG-ya qarşı mübarizə və suriyalı miqrantların təhlükəsiz şəkildə vətənlərinə geri dönmələri məsələsində mövqeyi qətidir.

Nazir, ölkəsinin Suriyanın ərazi bütövlüyü və suverenliyini ən çox müdafiə edən ölkələrdən biri olduğunu vurğulayıb.

Çavuşoğlu həmçinin, Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşünün tarixinin dəqiqləşdirilmədiyini xatırladıb.

“Suriya məsələsinə dair görüşlərə İranın daxil olunması Rusiyanın təklifi idi. Bununla bağlı İranın rolunun indiyə qədər (görüşlərə qatıldığı andan - red.) neqativ olduğunu deyə bilmərəm… ABŞ Suriya ilə bağlı görüşlərdən narazıdır, çünkü burada PKK ilə mübarizə də müzakirə olunur”, - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR