Cənubi Koreyada güclü yağışın səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı 14-ə çatıb.
APA-nın “Yonhap” agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Seul və ətraf rayonlarda minlərlə binanı su basıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 5 nəfər itkin düşüb
Fəlakət zonasından 7200 nəfər təxliyə edilib.
Xatırladaq ki, Koreya yarımadasında leysan yağış həftənin əvvəlindən yağır.