Bank Of Baku

Cənubi Koreyada parlament binasında yanğın olub

Cənubi Koreyada parlament binasında yanğın olub
# 21 dekabr 2024 18:50 (UTC +04:00)

Bu gün Cənubi Koreyanın paytaxtı Seulda parlament binasının salonlarından birində yanğın baş verib.

APA "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində təxminən 480 nəfər təxliyə edilib.

Onlardan altı nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Lakin ciddi xəsarət alan olmayıb.

Hadisənin dəqiq səbəbini araşdırmaq üçün təhqiqat aparılır.

Sahilə Cabbar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR