Cənubi Koreyada zavodda yanğın olub, azı 20 nəfər ölüb

Cənubi Koreyada zavodda yanğın olub, azı 20 nəfər ölüb
# 24 iyun 2024 11:52 (UTC +04:00)

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Hvason şəhərində litium batareya zavodunda yanğın olub, ölənlər var.

APA Yonhap agentliyinə istinadən xəbər verir ki, yanğın baş verən ərazidən 20-yə yaxın cəsəd tapılıb.

Yanğında itkin düşənlərdən 20 nəfərinin əcnəbi olduğu güman edilir.

Qeyd olunub ki, gündəlik tam və yarım-ştat işçilərin siyahısı bəlli olmadığı üçün ölü sayı dəyişə bilər.

Seuldan 45 kilometr cənubda yerləşən Hvasonda yerləşən litium batareya istehsalçısı "Aricell"in zavodunda yanğın yerli vaxtla səhər saat 10:30 radələrində başlayıb və yanğın saat 15:00-da tam nəzarət altına alınıb. Yanğınsöndürənlər alovun başlanmasından 4 saatdan çox vaxt keçdikdən sonra zavoda daxil olub və cəsədləri aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR