Bank Of Baku

Cənubi Koreyanın devrilmiş prezidenti dekabrın 18-də dindiriləcək

Cənubi Koreya prezidenti Yun Sok Yöl

© APA | Cənubi Koreya prezidenti Yun Sok Yöl

# 16 dekabr 2024 07:08 (UTC +04:00)

Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu səlahiyyətlərindən kənarlaşdırılmış prezident Yun Sok Yölü dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Xatırladaq ki, dekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yölə qarşı impiçment elan edib. Proses onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.

İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya Yun Sok Yölün vəzifəsinə qayıtması barədə qərar verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR