Bank Of Baku

Çin-Aİ müdafiə və təhlükəsizlik siyasəti dialoqu keçirilib

Çin-Aİ müdafiə və təhlükəsizlik siyasəti dialoqu keçirilib
# 12 mart 2024 14:09 (UTC +04:00)

14-cü Çin-Avropa İttifaqı müdafiə və təhlükəsizlik siyasəti dialoqu keçirilib.

APA xəbər verir ki, bu barədə Çinin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 11-də Pekində Çin-Avropa İttifaqı müdafiə və təhlükəsizlik siyasəti dialoqu baş tutub.

Nazirliyin bəyanatına görə, dialoqa Çin Mərkəzi Hərbi Komissiyasının Beynəlxalq Hərbi Əməkdaşlıq Ofisi və Avropa Xarici Fəaliyyət Xidmətinin sülh, təhlükəsizlik və müdafiə departamentinin rəhbərləri həmsədrlik edib.

Tərəflər Çin-Avropa İttifaqı münasibətləri, Çin-Aİ müdafiə əməkdaşlığı, beynəlxalq və regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR