Çin Mərkəzi Asiya ölkələrinə kömək etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Sian şəhərində keçirilən Çin-Mərkəzi Asiya sammitində bildirib.
Çin sədri qeyd edib ki, ölkəsi Mərkəzi Asiya dövlətlərinin müdafiə imkanlarını gücləndirmək üçün kömək etməyə hazırdır.