Çin və ABŞ liderləri G20-nin iclasına qatılmayacaq

Çin və ABŞ liderləri G20-nin iclasına qatılmayacaq
# 22 noyabr 2023 16:27 (UTC +04:00)

G20 liderlərinin virtual formatda iclası keçiriləcək, Rusiya Prezidenti Vladimir Putin çıxış edəcək.

APA "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Narendra Modi bu gün G20 liderlərinin virtual görüşünə ev sahibliyi edəcək. İclasa Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden qatılmayacaq.

Çin Xarici İşlər Nazirliyi bildirib ki, ölkəni Baş nazir Li Qianq iclasda təmsil edəcək.

Kreml də Rusiya Prezidenti Vladimir Putinin iclasa qatılacağını və çıxış edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR