Paşha Bank
Bank Of Baku

Əraqçi: İran ABŞ-ın diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Əraqçi: İran ABŞ-ın diplomatiyaya üstünlük verəcəyinə ümid edir
# 01 noyabr 2026 22:32 (UTC +04:00)

İran ABŞ-ın kifayət qədər rasional davranaraq digər variantlardan əvvəl diplomatiyaya üstünlük verəcəyinə ümid edir, lakin alternativ ssenarilərə də tam hazırdır.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O, İran dövlət televiziyasına açıqlamasında ölkənin silahlı qüvvələrinin əvvəlki iki müharibə ilə müqayisədə xeyli gücləndiyini deyib.

Əraqçi onu da bildirib ki, İran həm diplomatiyaya, həm də müdafiəyə tam hazırdır.

Onun sözlərinə görə, Ali Rəhbərin mesajı İranın mövqeyini aydın şəkildə ortaya qoyub və silahlı qüvvələrin qarşısında duran vəzifələr dəqiq müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR