Bank Of Baku

Çin və Almaniya XİN başçıları Tayvan məsələsini müzakirə edib

Annalena Beerbok - Qin Gang

© APA | Annalena Beerbok - Qin Gang

# 14 aprel 2023 12:00 (UTC +04:00)

Çinin xarici işlər naziri Qin Gang rəsmi Pekinin Tayvanla bağlı mövqeyini sistemli şəkildə Almaniya XİN başçısı Annalena Berboka çatdırıb.

APA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

Venbin qeyd edib ki, Annalena Berbokun Çinə səfəri zamanı tərəflər yanlış strateji qiymətləndirmələrdən qaçmaq qərarına gəliblər.

Həmçinin görüş zamanı ÇİN XİN rəhbəri alman həmkarına Çin hökumətinin Tayvan məsələsindəki mövqeyini açıqlayıb:

"Görüşün nəticəsi olaraq, tərəflər, Çin və Almaniyanın sistemli şəkildə bütün cəbhələrdə dialoqunu təşviq edən, qarşılıqlı strateji etimadı gücləndirməyə yönələn və strateji cəhətdən yanlış qiymətləndirmələrdən qaçmalı olan konsensusa sadiq qaldılar”.

Venbinin sözlərinə görə, Pekin Berlinlə bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda fəaliyyət göstərmək, praqmatik əməkdaşlığı artırmaq niyyətindədir:

“Çin və Almaniya bir-birinin əsas maraqlarına hörmət etməlidir, böyük çətinliklərin öhdəsindən gəlmək və qlobal əhəmiyyətli problemləri uğurla həll etmək üçün birlikdə çalışmalıdırlar. Çin münasibətlərin ahəngdar inkişafına və hərtərəfli strateji tərəfdaşlığa kömək etmək, beynəlxalq arenada sabitliyin təşviqi üçün Berlinlə işləmək niyyətindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR