Bank Of Baku

Çin və BƏƏ birgə HHQ təlimi keçirəcək

Çin və BƏƏ birgə HHQ təlimi keçirəcək
# 31 iyul 2023 08:22 (UTC +04:00)

Çin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri avqust ayında ilk dəfə birgə hərbi manevrlər keçirəcək.

APA xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimlər Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində keçiriləcək.

Təlimlər cari il üçün ikitərəfli ordulararası əməkdaşlıq planına uyğun olaraq reallaşacaq. "Bu, Çin-BƏƏ hava qüvvələrinin ilk təlimidir və iki dövlətin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib", - məlumatda deyilir.

Bildirilir ki, manevrlər qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR