Çinin xarici işlər naziri Tsin Qan 8-12 mayda Almaniya, Fransa və Norveçə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.
"Dövlət Şurasının üzvü, Çinin xarici işlər naziri Tsin Qan bu ölkələrin xarici işlər nazirləri - Annalena Berbok, Ketrin Kolonna və Anniken Huitfeltin dəvəti ilə mayın 8-12-də Almaniya, Fransa və Norveçə səfər edəcək", - o, brifinqdə deyib.
Çinli diplomat Tsin Qanın Avropaya siyasi turunun digər təfərrüatlarını açıqlamayıb.