Çinin Çinxay əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə 21.45-də qeydə alınıb.
Yeraltı təkanın episentri 144 min nəfər əhalisi olan Cinçan şəhərindən 94 kilometr cənub-qərbdə, Ocağı isə 40 kilometr dərinlikdə yerləşib.