Bu gün səhər Çinin Hebey əyalətində “Jingye Group” poladtökmə şirkətinin fəhlələrini daşıyan avtobus çaya aşıb.
APA-nın xəbərinə görə. Çinin Mərkəzi Televiziyası xəbər verir ki, qəza zamanı avtobusda 51 fəhlə olub.
Onlardan 38-i xilas ola bilib, 13 nəfər itkin düşüb.
İtkin düşənlərin axtarışı aparılır, hadisə yerinə polis və xilasedicilər cəlb olunub.