Çinin Henan əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 302 nəfərə çatıb, 50 nəfər itkin düşüb.
APA-nın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Daha əvvəl regional təcili yardım xidməti 99 nəfərin öldüyünü bildirmişdi.