Çində son sutkada yeni növ koronavirusa 140 yoluxma aşkar edilib.
APA-nın xəbərinə görə, Çinin Səhiyyə Komissarlığı bildirir ki, bu, son 5 ayda ən yüksək göstəricidir. Yoluxanların 87 yerli, qalanı isə xaricdən gələnlərdir. Bir sutka əvvəl isə yoluxma sayı 55 nəfər olub.
Yeni yoluxanların əksəriyyəti Şensi əyalətinin sakinləridir. Sözügedən əyalətdə 3 gündür ciddi qapanma tətbiq edilir.